5 millimetrlik W12 mühərriki çap olundu

08:00 - 13 Aprel 2025

5 millimetrlik W12 mühərriki çap olundu

"Bentley" şirkəti 3D çap texnologiyasının imkanlarını nümayiş etdirmək üçün qeyri-adi üsul seçib.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, şirkət W12 mühərrikinin kiçik bir modelini hazırlayıb ki, bu model tam şəkildə həqiqi mühərrikin xüsusiyyətlərini daşıyır, lakin cəmi 5 millimetr enə malikdir.

Bu model "Bentley"də 3D çap istehsal texnologiyasının 25 illiyi şərəfinə yaradılıb. Mühərrikin hazırlanmasında innovativ litoqrafiya texnologiyalarından istifadə edilib ki, bu da xüsusi bağlayıcı maddələr və ultrabənövşəyi işıqlandırmadan istifadəni nəzərdə tutur.

Şirkət qeyd edib ki, bu üsul avtomobil sənayesində misli görünməmiş dəqiqlik təmin edir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv