"Formula 1"in qalibi bəlli oldu

22:31 - 12 Aprel 2025

\"Formula 1\"in qalibi bəlli oldu

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

 

Manset.az xəbər verir ki, Yarış Saxır avtodromunda keçirilib.

 

İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv