Sabah Türkiyə çempionatında "Fənərbaxça" "Sivaspor"un qonağı olacaq.
Manset.az xəbər verir ki, İstanbul klubunun 6 futbolçusu sarı vərəqə limitindədir və bu matçda cəzalandırılacaqları halda, növbəti matçı buraxacaqlar.
Qeyd edək ki, sarı-lacivərtlilər 68 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Onlar lider "Qalatasaray"dan 3 xal geri qalırlar.