İran-ABŞ danışıqları başa çatıb - KİV

18:44 - 12 Aprel 2025

İran-ABŞ danışıqları başa çatıb - KİV

İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.


Manset.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Danışıqlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə həsr olunub və Omanın vasitəçiliyi ilə baş tutub.

İran nümayəndə heyətinin adını açıqlamayan üzvü İSNA agentliyinə deyib ki, məsləhətləşmələr uğurlu olub.

Həmçinin qeyd edilir ki, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv