Naxçıvan Dövlət Universitetində keçirilən “Elmi inkişaf: uğurlar və çağırışlar” adlı gənc tədqiqatçıların II Respublika Elmi Konfransı çərçivəsində Naxçıvan Muxtar Respublikasına ilk səfərim baş tutdu. Təəssüratlarım öncədən formalaşan təsəvvürümü daha da çox doğrultmşdu. Təbiətin əsrarəngizliyi, şəhərin monumental üslubu, insanların özünəməxsus istiqanlılığı artıq iştirak edəcəyim tədbirin də yaddaqalan olacağından xəbər verirdi.
Naxçıvan Dövlət Universitetinin
kampusunda inkişafyönümlü müsbət mühit, müəllim-tələbə tandeminin akademik səviyyədə
baş tutması, hətta onlara sosial baxımdan yaradılan şərait bu təhsil ocağının
aliliyinin təcəssümü idi.
Hər bir universiteti
öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşan canlı bir orqan olaraq
qəbul etsək, bunun həmin ölkənin milli-mənəvi dəyərləri, tarixi və coğrafi
mövqeyi ilə birbaşa əlaqəsini görmüş olarıq.
Müasir Azərbaycan
quruculuğunda elm və təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə
olmasını yaxşı anlayan və təkcə anlamaqla yetməyib onu peşəkarcasına həyata
keçirməyi bacaran zəngin tarixə malik Naxçıvan Dövlət Universitetində bu xüsusiyyətləri görmək çox qürurverici idi.
Müdriklərdən
biri söyləmiş; elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər
olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. NDU-nin
kampusunda yaradılan şərait, zəngin kitabxana, müxtəlif tələbə təşkilatları,
klub və cəmiyyətlərin fəaliyyəti gənc bir tələbənin öz sahəsində təhsil alması
ilə bərabər həm də bir şəxsiyyət kimi yetişməsinə zəmin yaradır. Nəzəriyyənin elmin ruhu, təcrübəninsə cismi olduğunu öz fəaliyyəti
və tədris planları ilə həyata keçirən pedaqoqlar tələbələrə məhz sahib
olduqlarınn fəlsəfəsini aşılamağı öyrədirlər. Beynəlxalq təhsil mübadiləsində əcnəbi
tələbələrin məhz bu iniversitetdə təhsil alması yerli tələbələrin də mədəniyyətlərarası
sivizizasiyaya ineqrasiyasına müsbət mənada geniş zəmin yaradır. Kampusda
yataqxanaların və sosial məkanların mövcudluğu bu mənada tələbələrə rahatlıq
verir.
Elm təşkilatlanmış bilikdir. Yalnız doğru yönəlmiş elm öz işığı ilə gələcəyə mayak ola bilər. Tələbələrinə
məhz elm və ona yiyələnmək arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi
kimidir. Məhz bu mənada NDU-nun rektoru, dosent Elbrus İsayevin və peşəkar
komandanın səyi nəticəsində tədqiqat sahəsində
də önəmli addımlar atılır. Müxtəlif elmi layihələr və konfranslar təşkil
edilir. Universitetdəki tələbələr və müəllimlər elmi fəaliyyətlərə cəlb olunur
və bu, akademik mühitin daha da zənginləşməsinə şərait yaradır.
Universitetin tarixinə faktların dili ilə nəzər salsaq görərik ki, Naxçıvan
Dövlət Universiteti ölkədə yeganə kampuslu universitetdir.
10 fakültə, 45 kafedra, magistratura mərkəzi, xarici tələbələrlə iş üzrə
dekanlıq, 3 kollec (Naxçıvan Musiqi Kolleci, Naxçıvan Texniki Kolleci və
Naxçıvan Tibb Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəb) və
1 gimnaziyası (İngilis dili Təmayüllü Gimnaziya) olan müasir tipli və
çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi çoxfunksionallığı
nümayiş olunur.
NDU-da
bakalavr, magistratura, rezidentura və doktorantura daxil 250-ə yaxın proqram
üzrə hazırlıq aparılır. Dünyanın 150-yə
yaxın universiteti ilə elmi təhsil mübadiləsi aparılır. Əcnəbi tələbə kontingentinə görə ölkə
universitetləri arasında sıralamada 1-ci
yerdədir. Hazırda ali təhsil ocağında 15
ölkədən 1500-dən çox əcnəbi tələbə təhsil alır. Universitetdə Azərbaycan dili
ilə yanaşı İnformasiya təhlükəsizliyi, İqtisadiyyat, Tibb fakultələrində tədris ingilis dilində keçirilir.
Bununla yanaşı Naxçıvan Dövlət Universitetinin 150 nəfərdən ibarət
Simfonik orkestri, Tələbə Teatr
Studiyası, “Qədim Xalq Çalğı Alətləri” Ansamblı”, o cümlədən
Konservatoriyanın fəaliyyət göstərməsi
oranın ədəbi-bədii, mədəni mühitinin inkişafına müsbət təsir edir.
Bu
maraqlı faktı da qeyd etmək yerinə düşər ki, ölkə universitetləri arasında ancaq Naxçıvan Dövlət Universitetinin nəzdində
Beynəlxalq Kembric (Kembric Lisenziyal)
Məktəbi fəaliyyət göstərir ki, burada da dərslər, tədris vəsaitləri
ingilis dilində təqdim olunur.
Naxçıvan
Dövlət Universiteti Beynəlxalq SAT
Qeydiyyat və imtahan mərkəzi olan ilk dövlət Ali Təhsil Müəssisəsidir.
Beynəlxalq IELTS Qeydiyyat və İmtahan mərkəzi Azərbaycan
ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb.
Naxçıvan
Dövlət Universitetində tələbəyönümlü təhsil sistemi tətbiq edilir.
2024-cü il NDU tarixində 2198 nəfərin təhsilini
bitirməsi ilə ən çox məzun yetişdirdiyi il olub.
Ali
təhsil ocağında kadr hazırlığı ilə 524 nəfər professor müəllim heyəti fəaliyyət
göstərir.
Elmi
dərəcəlilərin kadr potensialı illər üzrə artaraq 2024-cü ildə 229 nəfərə çatıb.
Universitetin
beynəlxalq reytinqlərdə yer alması, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi
məqsədi ilə əcnəbi professorların davamlı olaraq cəlb edilməsi əsas prioritet məsələlərdən
biridir. Hələ təkcə 2024-cü ildə 10 əcnəbi professor, o cümlədən Nobel
mükafatçısı Əziz Səncər təlim və tədqiqata
cəlb edilib,
NDU
həm ölkə, həm də respublika səviyyyəli konfransların təşəbbüsçüsü və ev sahibi
kimi böyük layihələrə imza atır. Naxçıvan Dövlət Universitetində 2024-cü ildə
27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü beynəlxalq, 13-ü
respublika, 1-i ali məktəb daxili elmi tədbirlər olub. “Qərbi Azərbaycana
qayıdış”, “Tibbi forum”,“Apiterapiya və təbiət”, “İpək yolu”, “Azərbaycan Psixoloqlar Forumu”, “Süni
intelekt: nəzəriyyədən praktikaya” kimi layihələr xüsusilə missal göstərmək
olar.
Cəsur,
yenilməz Naxçıvan xalqı Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin “Yolumuz
Zəngəzuradır!” şüarı altında mübarizəyə müsəlləh əsgər olmağa hazırdır. Belə
ki, Naxçıvan məmləkət olaraq öz ziyalıları ilə bərabər “Qərbi Azərbaycana
Qayıdış” festival/konqresinə də ev sahibliyi edib.
Dahi
Nizami Gəncəvinin dəyərli misralarına xitabla Naxçıvan şəhərinin tarix boyu
blokada şəraitində olduğu dönəmlərdə
özünə qalxan etdiyi ən böyük silahın məhz elm olduğunu gördük.
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.
Bəli,
ciddi iqdisadi, siyasi, coğrafi blokadalara məruz qalan Naxçıvanı qalib edən
onun milli-mənəvi dəyərlərinə,qədim tarixinə sahib çıxması, insanının mərdliyi
və cəsarəti oldu.
Hər
zaman var olmada, qələbə çalmada elminə
güvənən NDU-nun təşkilatçılığı ilə 4 min nəfər gənc məzunun və 40-a yaxın dövlət,
özəl qurumların iştirakı ilə ilk dəfə Karyera sərgisi açılıb. Burada fəalyyət göstərən Tibb fakültəsi Avropa Tibb Tələbələri Assosiasiyasına ( EMSA)
üzv qəbul olunaraq ölkə təmsilçisi statusu qazanıb, Naxçıvan Dövlət Universiteti ROBOTEX-in ölkə
təmsilçisi kimi Bakı şəhərində Dünya Robot Festivalının Avrasiya Çempionatını təşkil
etdi və 5 mindən artıq iştirakçı qeydə alınıb. NDU-nun təsisçisi olduğu Beynəlxalq
Tibbi Forum İstanbulda, Yeditəpə Universitetində Türkdilli Dövlətlərin Tibb
Qurultayı (ikinci forum) adı altında təşkil edilib.
Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə
əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib.
Dövlət
Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə
SABAH qrupları yaradılıb.
Bu
qeyd olunan faktlar Naxçıvan Dövlət
Universitetinin fəaliyyət prinsiplərinin yalnız bir səhifəsidir.
Prezident
İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin
tabeliyinə Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat
Astrofizika Rəsədxanası kimi elmi müəssisələrin
verilməsi dövlət başçısının Naxçıvan Dövlət Universitetinə göstərdiyi
böyük etimaddır.
Biz
də öz növbəmizdə qonağı olduğumuz, dünəni, bu günü, tarixi, fəaliyyəti ilə yaxından tanış olub təqdir
etdiyimiz Naxçıvan Dövlət Universitetinə uğurlar diləyirik. Öz təbii, elmi,
bioloji potensialı ilə Azərbaycan təhsil sisteminə yeni töhfələr verəcəyinə əminik
!
Fəxriyyə İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru