Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və
Kadrların İnkişafı Mərkəzində “Həmkarlar İttifaqları və əmək qanunvericiliyi: əsas
istiqamətləri, problemləri, perspektivləri” mövzusunda təlim proqramı başa
çatıb.
Manset.az xəbər verir ki, 7-11 aprel 2025-ci il tarixlərində təşkil
edilən təlimlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin əmək qanunvericiliyi,
idarəetmə prinsipləri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində bilik və
bacarıqlarının təkmilləşdirilməsidir.
İştirakçılar Əmək Məcəlləsi, əmək
hüquqları, əmək müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydaları, eləcə
də bu sahədə həmkarlar ittifaqlarının rolu ilə bağlı ətraflı məlumatlandırılıblar.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin
yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək münasibətlərinin
tənzimlənməsi sahəsində effektiv yanaşmaların tətbiqinə və həmkarlar
ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Təlimlərin sonunda iştirakçılara
sertifikatlar təqdim edilib.