Türkiyə Super Liqasında 31-ci tura start verilib.
Manset.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb. Matç qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Yunus Akgün (14) və Viktor Oşimen (46) vurub.
Bu qələbə ilə lider “Qalatasaray” xallarının sayını 74-ə çatdırıb.