Laçında DƏHŞƏTLİ QƏZA - İki hərbçi həlak oldu

19:50 - 28 İyun 2021

Laçında DƏHŞƏTLİ QƏZA - İki hərbçi həlak oldu

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

MN-dən Manset.az-a verilən xəbərə görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin