Kansler bu tarixdə məlum olacaq 

23:31 - 11 Aprel 2025

Kansler bu tarixdə məlum olacaq 

Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin mayın 6-da Almaniyanın yeni Kansleri vəzifəsinə seçiləcəyi gözlənilir.

 

Manset.az xəbər verir ki, bu barədə bir neçə yerli media qurumu partiyadaxili mənbələrə istinadla məlumat yayıb.

 

Bundestaqda keçiriləcək Kansler seçkisi ilə əlaqədar hazırlıq işlərinə artıq başlanılıb. Lakin seçkilərdən əvvəl Sosial Demokratlar Partiyası (SPD) və CDU koalisiya müqaviləsini rəsmi şəkildə təsdiqləməlidir. CDU bu məsələni partiyanın qurultayında müzakirə edəcək. Qurultayın aprelin 28-də keçirilməsi planlaşdırılır. SPD isə qərarı aprelin 30-da partiya üzvləri arasında səsverməyə çıxaracaq.

 

Qeyd edək ki, Birlik blokunda yer alan Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus Söder koalisiya müqaviləsinin partiyası tərəfindən təsdiqləndiyini ötən gün elan edib.

 

Kansler seçkisindən sonra qısa müddət ərzində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən yeni hökumət üzvləri təyin ediləcək. Sonra hökumət üzvləri Bundestaqda and içərək rəsmi qaydada vəzifələrinin icrasına başlayacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv