Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.
Manset.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.
O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.
"Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik", - o bildirib.