Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqladı

22:41 - 11 Aprel 2025

Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqladı

“ABŞ və İran Omanda birbaşa danışıqlar aparacaq”.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Livit bildirib.

“Əsas məqsəd İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir. Prezidentimiz bu məqsədə çatmaq üçün diplomatiyaya və  birbaşa danışıqlara inanır” , - o qeyd edib.

Qeyd edək ki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv