AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi

19:21 - 11 Aprel 2025

AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

Manset.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev “Ağdaş”la oyun bitdikdən sonra hakimi təhqir etmişdi. Klub rəsmisi 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, II Liqa təmsilçisi isə 400 AZN məbləğində cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv