Bakıda şagird məktəbin binasından özünü atdı - YENİLƏNİB

16:11 - 11 Aprel 2025

Bakıda şagird məktəbin binasından özünü atdı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda şagird məktəbin binasından özünü atıb.


BŞTİ-dən Manset.az-a verilən məlumata görə, 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi  II mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.


***

15:02

220 nömrəli məktəb-liseydə intihar hadisəsi baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, həmin məktəbin səkkizinci sinif şagirdi Məlikzadə R. bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.

Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib. 


Hüseyn Əliyev


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv