Milli Məclisdə Azərbaycanın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda teatr sahəsində dava-dalaş səngimir:
“Görün, sənət cameəmiz nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb yenidən ölkəyə dəvət etsinlər”.