Tovuz rayonunda məktəblilər zəhərlənib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, beş şagird zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.