Böyük Britaniya Ukrayna ərazisinə 5 ilə qədər müddətə qoşun yeritmək imkanını nəzərdən keçirir, ölkənin remilitarizasiyasını gözləyir.
Manset.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən yazır.
London və Parisdə müzakirə olunan plana əsasən, münaqişənin həllindən sonra Ukraynaya Qərb qüvvələri göndərilə bilər və guya hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün “çəkindirici qüvvə” kimi çıxış edə bilər.
Nəşr qeyd edib ki, Fransa hərbi planlaşdırıcıları, qoşunlarının yalnız kiçik bir ərazini ələ keçirməyə qadir olduğu halda, Putinin Ukrayna daxilində Qərb qüvvələri ilə növbəti hücuma sanksiya verəcəyi ehtimalının çox az olduğunu iddia edib.
Qəzet yazıb ki, Ukraynanın hərbi potensialının bərpasına uyğun olaraq, Qərb qoşunlarının son nəticədə çıxarılması tədricən baş verəcək. Daily Telegraph əlavə edib ki, quru qoşunlarının yerləşdirilməsi ilə yanaşı, London və Parisin başçılıq etdiyi “istəklilər koalisiyası” Ukraynanın hava və dəniz məkanının mühafizəsini də təmin etmək niyyətindədir. Aprelin 10-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynada münaqişədən sonra Qərbin hərbi missiyasında iştirak etmək istəyən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 12-də bəyan edib ki, NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında və istənilən statusda olması Rusiya üçün təhlükə yaradacaq. Onun sözlərinə görə, Rusiya heç bir halda belə bir ssenarini qəbul etməyəcək.