Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.
Əldə etdiyimiz məlumata görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.
O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.
Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olub.
Hazırda qəzanın baş vermə səsəbləri araşdırılır.
***
Qəza ilə bağlı “Bolt”dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub:
“Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir”.