“Embawood”dan o qəza ilə bağlı biabırçı reklam PAYLAŞIMI

00:10 - 11 Aprel 2025

“Embawood”dan o qəza ilə bağlı biabırçı reklam PAYLAŞIMI

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.


Manset.az xəbər verir ki, “Embawood” şirkəti isə belə bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb. Belə ki, mebel satışı ilə məşğul olan şirkət qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz - sifarişini ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.

“Embawood”un bu paylaşımı sosial şəbəkələrdə etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub. 

Sözügedən reklamı təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv