Fənərbaxçada daha bir sürpriz ad ortaya çıxıb: Tomas Müller. 11 yaşından Almaniyanın "Bavariya"sında çıxış edən ulduz futbolçunun 25 ildən sonra klubu ilə vidalaşmağa hazırlaşdığı iddia edilir.
Manset.az xəbər verir ki, "Bavariya"nın İdman Direktoru Maks Eberl məsələ ilə bağlı açıqlama verib: "Bu gedişin səbəbi sırf idmandır və maaşla heç bir əlaqəsi yoxdur.
Mövsümün sonunda azad olacaq 35 yaşlı təcrübəli futbolçuya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın maraq göstərmədiyi, lakin Joze Mourinyonun yeni mövsümdə Mülleri "Fənərbağça"nın heyətində görmək istədiyi bildirilir. Komandanın iki əsas oyunçusu Edin Dzeko və Duşan Tadiçin komandadan ayrılma ehtimalının olduğu bildirilir. Mourinyonun alman ulduzu komandanın yeni lideri etməyi planlaşdırdığı vurğulanıb.