Gürcüstan nömrəsi ilə 15 mindən çox pul mənimsədilər - XƏBƏRDARLIQ

20:42 - 10 Aprel 2025

Gürcüstan nömrəsi ilə 15 mindən çox pul mənimsədilər - XƏBƏRDARLIQ

“Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin, danışmayın, yazışmayın və bloklayın”.


Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bu gün Tərtər sakini eyni üsulla kibercinayətkarların hədəfinə çevrilərək, 15 min manatdan çox pul vəsaitini mənimsədib:

“Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…” Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib.

Bir daha hər kəsə xahiş və tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, kim olursa, olsun sizdən göndərilən kodu təsdiqləməyi, əlavə məlumatları istəyirsə, verməyin, bloklayın, əmin olun ki, yalandır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv