Bakıda yeznəsini bıçaqlayan şəxs saxlanıldı

12:10 - 30 Noyabr 2021

Bakıda yeznəsini bıçaqlayan şəxs saxlanıldı

Bakıda yeznəsini bıçaqlayan şəxs tutulub.

Manset.az xəbər verir ki, hadisə noyabrın 28-i saat 17:00-da Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Vüsal Hacıyev paytaxt sakini, qaynı Eldəniz Qafarova aralarında yaranan münaqişə zəminində iki bıçaq zərbəsi endirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

V.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin