21 yaşlı futbolçu faciəli şəkildə öldü

18:16 - 10 Aprel 2025

21 yaşlı futbolçu faciəli şəkildə öldü

Perunun "Real Titan" klubunun futbolçusu Helar Qonzales Altamirano qapıçı ilə toqquşaraq faciəli şəkildə ölüb.

Manset.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Peru kuboku çərçivəsində "Defensor Nueva"ya qarşı oyunu zamanı baş verib. 7-ci dəqiqədə Qonzales Altamirano rəqib qapıçı ilə toqquşub və sonra huşunu itirib. Futbolçunu xərəkdə apararaq xəstəxanaya aparıblar və orada dünyasını dəyişib.

"Səni futbola və ailənə olan sevgin üçün xatırlayacağıq. Bizi böyük ağrı ilə tərk etdin. Bu çətin zamanda ailənizə möhkəmlik arzulayırıq. Onlar tək deyillər, çünki biz və bütün futbol ailəsi onların yanındayıq", - deyə klubdan bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv