Netanyahunun Ofisi Prezidentə təşəkkür etdi

17:59 - 10 Aprel 2025

Netanyahunun Ofisi Prezidentə təşəkkür etdi

İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi də Azərbaycanda Türkiyə nümayəndələri ilə birbaşa danışıqların keçirilməsini təsdiq edib.


Manset.az xəbər verir ki, məlumatda Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bildirilib ki, görüşdə İsrail tərəfini ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzachi Hanegbi, eləcə də Müdafiə Nazirliyinin və güc strukturlarının nümayəndələri təmsil edib. 

Məlumata görə, danışıqlar zamanı tərəflər regionda öz maraqlarını təqdim edib, təmasları davam etdirməyə razılaşıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv