Sabah bu ərazidə qaz olmayacaq

17:48 - 10 Aprel 2025

Sabah bu ərazidə qaz olmayacaq

Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.


Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.

Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv