Maşının “uçduğu” qəzada yaralananların VƏZİYYƏTİ

17:04 - 10 Aprel 2025

Maşının “uçduğu” qəzada yaralananların VƏZİYYƏTİ

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə bu gün saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.


Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib. 

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, hadisə zamanı “BYD” markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub.

Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv