Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Manset.az xəbər verir ki, bununla bağlı DİM məlumat yayıb.
İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edilib ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.
Bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
300 bal toplayan şagirdləri təqdim edirik:
1. | Abbasova Şəhanə Ramil qızı | Bakı şəhəri, 91 saylı orta məktəb |
| ||
2. | Abdulsəmədli Orxan Fəxri oğlu | Şəki rayonu, Orta Zəyzid kənd 1 saylı orta məktəb |
| ||
3. | Alızadə Ziya Müşfiq oğlu | Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) |
| ||
4. | Bayramova Nuray Rafiq qızı | Bakı şəhəri, 289 saylı orta məktəb (Zəngi liseyi) |
| ||
5. | Əhmədzadə Ləman Vüqar qızı | Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) |
| ||
6. | Ələkbərova Ülkər Elşən qızı | Bakı şəhəri, 192 saylı orta məktəb |
| ||
7. | Əliyeva Tamella İlkin qızı | Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) |
| ||
8. | Fərəczadə Rəhim Dəyanət oğlu | Bakı şəhəri, 68 saylı orta məktəb |
| ||
9. | Həsənov Fizuli İlqar oğlu | Lənkəran rayonu, Xarici dil təmayüllü internat orta məktəbi |
| ||
10. | Hətəmov Onur Anar oğlu | Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) |
11. | Hüseynzadə Nuray Rafiq qızı | Sumqayıt şəhəri, 9 saylı orta məktəb |
12. | İbadzadə Həlimə Emil qızı | Lənkəran rayonu, Boladi kənd 1 saylı orta məktəbi |
13. | İsmayılov Məhəmməd Bahadır oğlu | Şəki şəhər, Kimya biologiya təmayüllü respublika liseyi |
| ||
14. | İsmayılzadə Mədinə Mirdami qızı | Bakı şəhəri, 37 saylı orta məktəb |
15. | İsmayılzadə Xədicə Xaliq qızı | Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) |
16. | Kərimova Gülçin Hilal qızı | Kürdəmir rayonu, 3 saylı şəhər orta məktəbi |
17. | Məmmədli Aişə Qabil qızı | Sumqayıt şəhəri, 34 saylı orta məktəb |
18. | Məmmədova Nəzrin Rahib qızı | Şəmkir rayonu, Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb |
| ||
19. | Mürvətova Gülay Rəşad qızı | Bakı şəhəri, 54 saylı orta məktəb |
20. | Nurməmmədli Sona Məhəmməd qızı | Bakı şəhəri, 272 saylı orta məktəb |
| ||
21. | Quliyeva Çinarə Rəşad qızı | Tərtər rayonu, Sarov kənd orta məktəbi |
22. | Rəsulova Ömər Eltun oğlu | Qəbələ rayonu, Uludaş kənd orta məktəbi |
23. | Seyidova Tovuz Natiq qızı | Bakı şəhəri, 295 saylı orta məktəb |