ABŞ-nin husilərə hücumu nəticəsində 3 nəfər həlak oldu

12:39 - 10 Aprel 2025

ABŞ-nin husilərə hücumu nəticəsində 3 nəfər həlak oldu

ABŞ-nin Yəməndə husilərə bir gecədə hücumu nəticəsində 3 nəfər həlak olub.

Manset.az xəbər verir ki, ABŞ Yəməndə husilərə qarşı hücumlarını davam etdirir. Husilər ABŞ qüvvələrinin Yəməndə bir gecədə həyata keçirdiyi hücumlarda 3 nəfərin öldüyünü bildirib. Husilər ABŞ-yə məxsus MQ-9 tipli silahlı pilotsuz uçuş aparatının Əl-Cəvf şəhərində vurulduğunu bildirib və PUA-nın qalıqlarının görüntülərini paylaşıb. Husilər həmçinin ABŞ-nin Hudeyda şəhərində yaşayış məntəqəsinə dünənki hücumları nəticəsində ölənlərin sayının 13-ə yüksəldiyini, ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv