"ABŞ, lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edəcək" - Tramp

08:16 - 10 Aprel 2025

\"ABŞ, lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edəcək\" - Tramp

ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, ABŞ İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.


Manset.az xəbər verir ki, Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib.

"Lazım gələrsə, mütləq, bəli" deyə o,  jurnalistlərə bildirib.

O qeyd edib ki, İranla qarşıdakı məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq.

“Bir az vaxtımız var, amma çox vaxtımız yoxdur. Çünki onların nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Onların nüvə silahı ola bilməz".

Qeyd edək ki, Omanda ABŞ və İran nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsinin parametrlərini müzakirə edəcəyi gözlənilir. Ağ Ev bunların birbaşa məsləhətləşmələr olacağını desə də, Tehran danışıqların vasitəçilər vasitəsilə aparılacağını bildirir.

ABŞ nümayəndə heyətinə xüsusi nümayəndə Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv