Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırdı

22:12 - 09 Aprel 2025

Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırdı

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır.

Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram", - Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 %-lik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 %-lik tarif tətbiq edəcək. 

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv