Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

19:13 - 28 İyun 2021

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi başa çatıb

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Bu barədə Manset.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya "2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına" uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin