Rusiya 2 diplomatı ölkədən çıxarır

20:15 - 09 Aprel 2025

Rusiya 2 diplomatı ölkədən çıxarır

Rusiya Rumıniyadakı rusiyalı diplomatların "arzuolunmaz şəxs" (persona non-qrata) elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 Məlumata görə, Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

 Xatırladaq ki, martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini "1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə" persona non-qrata elan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv