"Müəllimlərin əməkhaqqı əvvəlki illərlə müqayisədə fərqli prinsiplər əsasında artırılmağa başlanmışdır".
Bunu Manset.az-a müəllimlərin maaşının artırılması mövzusunu şərh edərkən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, sertifikasiya imtahanına qatılan müəllimlərin əməkhaqqı, sertifikasiyanın nəticələrinə əsasən artırılır:
"Bu proses uzun müddətdir ki, həyata keçirilir, lakin hələ də bütün bölgələrdə tamamlanmamışdır.
2025-ci ildə isə 7 fənn üzrə - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya və informatika fənnləri üzrə sertifikasiya imtahanı keçiriləcəkdir. Bu imtahanların nəticələrinə əsasən, həmin fənlər üzrə müəllimlərin əməkhaqqı topladıqları ballara görə müəyyən ediləcək.
Ümumilikdə isə ekspert müəllimlərin maaşının bu il artırılmayacağını qeyd edib:
"Bu il müəllimlərin ümumi maaşının artırılması gözlənilmir".
Seyranə Quliyeva