Lester" İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb.
Manset.az qol.az-a istinadən xəbər verir ki, komanda ötən gecə 31-ci tur çərçivəsində doğma meydanda "Nyukasl"a uduzub (0:3) .
"Squawka"nın yaydığı məlumata görə, "Lester" İngiltərə çempionatı tarixində ardıcıl 8 ev matçında heç bir qol vurmadan məğlub olan ilk komandadır.
"Lester" Ruud van Nistelroyun rəhbərliyi altında Premyer Liqada son 18 matçda yalnız 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib.
Hazırda "Lester" turnir cədvəlində 17 xalla 19-cudur.