Bakıda intihar hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.