AMB “Azərpoçt”u 60 min cərimələdi

16:42 - 08 Aprel 2025

AMB “Azərpoçt”u 60 min cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələyib.


Manset.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb.

Bununla əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” MMC 50 000 (əlli min) manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə “Azərpoçt” MMC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimələnib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv