Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

12:38 - 08 Aprel 2025

Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib.

Manset.az xəbər verir ki, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.

Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.

Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv