"Qızıl top" mükafatının təqdimetmə mərasimi BAŞLAYIB

00:58 - 30 Noyabr 2021 - İDMAN

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi start götürüb.

 

Manşet.az xəbər verir ki, "Ölkə.Az"ın məlumatına görə, Fransanın paytaxtı Şetle tetarında keçirilən tədbirdə 3 nominasiya üzrə qaliblər müəyyənləşəcək.

Mərasimdə ən yaxşı kişi və qadın futbolçularla yanaşı, ilin ən yaxşı qapıçısı və gənc oyunçusu da mükafatlandırılacaq.

Səsvermənin ilkin nəticələrinə əsasən, kişi futbolçular arasında "Qızıl top"a 30 namizəddən cəmi 10-u qalıb. Bunlar aşağıdakılardır:

Kərim Benzema ("Real Madrid", İspaniya)
Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə)
Canluici Donnarumma (PSJ, Fransa)
Jorjinyo ("Çelsi", İngiltərə)
N Qolo Kante ("Çelsi")
Robert Levandovski ("Bavariya")
Kilian Mbappe (PSJ)
Lionel Messi (PSJ)
Məhəmməd Salah ("Liverpul", İngiltərə)

Qeyd edək ki, namizədlər arasında yer alan Kriştiano Ronaldo və Kərim Benzema mərasimdə iştirak etmirlər.


Loading...

Xəbər xətti

18 Yanvar 2022