Livan İsraillə sərhəddə kontingentini artırır

23:00 - 7 Aprel 2025

Livan İsraillə sərhəddə kontingentini artırır

Livan hökuməti İsraillə sərhəddə kontingentin artırılması üçün əlavə 4,5 min hərbçinin çağırılmasına razılıq verib.

 

Manset.az xəbər verir ki, bu barədə Livan Prezidentinin dəftərxanası məlumat yayıb.

"Hökumət üç həftə bundan əvvəl cənubda mövcudluğumuzu gücləndirmək üçün 4,5 min hərbçinin çağırılmasına razılıq verib", - məlumatda Livan Prezidenti Cozef Auna istinadən bildirilib.

C.Aun Livanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq olduğunu təsdiqləyib və Livan Silahlı Qüvvələrinin BMT-nin müvəqqəti qüvvələri (UNIFIL) ilə səmərəli qarşılıqlı fəaliyyətini qeyd edib. Bununla yanaşı, o əlavə edib ki, İsrail ordusu müntəzəm olaraq atəşkəs sazişini pozaraq Livan ərazisinə zərbələr endirir.

"Hizbullah" hərəkatının tərksilah edilməsi prosesi barədə danışan Livan lideri qeyd edib ki, bu cür məsələlər dialoq yolu ilə həll ediləcək. O vurğulayıb ki, yalnız Livan Silahlı Qüvvələrinin silaha malik olmaq hüququ var.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin