Atəşkəs 70 gün uzadıla bilər

21:25 - 7 Aprel 2025

Atəşkəs 70 gün uzadıla bilər

HƏMAS hərəkatının nümayəndə heyəti Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs təklifini müzakirə etmək üçün Qahirəyə gedəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflərin Misirin Qəzza zolağında atəşkəs üçün vasitəçilik səylərini, atəşkəs və girovların qismən dəyişdirilməsi təklifini müzakirə edəcəyi bildirilir.

Xüsusilə, söhbət HƏMAS tərəfindən doqquz girovun azad edilməsindən və 3 ölü girovun cəsədinin təhvil verilməsindən gedir. Bunun müqabilində İsrailin yüzlərlə fələstinli məhbusu azad edəcəyi və atəşkəsi 70 gün uzadacağı planlaşdırılır.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin