İranda şaxtada qazdan zəhərlənənlərin sayı

20:40 - 7 Aprel 2025

İranda şaxtada qazdan zəhərlənənlərin sayı

İranın şimalındakı Semnan əyalətində kömür şaxtasında qazdan zəhərlənmə nəticəsində azı 7 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, şaxtada olan bütün işçilər tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin daha 3 nəfər hələ də içəridə ola bilər.

Ölən işçilərin üçünün əcnəbi olduğu qeyd edilir.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin