"Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır" - Vüqar İskəndərov

19:47 - 7 Aprel 2025

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası yenə də öz əhəmiyyəti ilə diqqət çəkib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Bu da əlbəttə əməkdaşlıq və əlaqələrin güclənməsinə növbəti bir təkan olacaq".

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində çıxışında qeyd etdiyi kimi enerji təhlükəsizliyi üzrə layihələrin icrası üçün ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir:

"Əks təqdirdə layihələrin həyata keçirilməsi mümkünsüz olar. Artıq bu bir reallıqdır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır. Uzun illər ərzində Azərbaycanın etibarlı tərəfdaş olması və bu xətti davam etdirməsi enerji sagəsində daha böyük işlərin görülməsinə imkan yaradır. Bu bir reallıqdır ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Qaz təchizatımızın coğrafiyası isə genişlənir. Heç də təsadüfi deyil ki, Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Bu baxımdan əminliklə deyə bilərik ki, Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənir, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik”.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin