Ağdaban qətliamından 33 il ötür
8 Aprel 2025
20:15 - 7 Aprel 2025
ATƏT Rusiyanın Krıvoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar növbədənkənar iclas keçirəcək.
Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlardakı nümayəndəsi Yuri Vitrenko bildirib.
"Rusiyanın Krıvoy Roqda uşaqlara və böyüklərə qarşı qanlı raket hücumuna, eləcə də bütün Ukraynada mülki şəxslərə qarşı terrorun şiddətlənməsinə cavab olaraq Ukraynanın tələbi ilə sabah (8 aprel) ATƏT-də Daimi Şuranın fövqəladə xüsusi sessiyası çağırılır", - o, sosial şəbəkədə yazıb.
Xatırladaq ki, aprelin 4-də Rusiya hərbçilərinin Ukraynanın Krıvoy Roq şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində 20 nəfər, o cümlədən 9 uşaq ölüb, 70-dən çox insan yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin