Ədalət Verdiyevə şərti cəza verildi

18:32 - 7 Aprel 2025

Ədalət Verdiyevə şərti cəza verildi

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə şərti cəza verilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki,xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

 


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin