İdxalı ƏDV-dən azad edilən malların sayı artırıldı
7 Aprel 2025
18:03 - 7 Aprel 2025
Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Girdəni kəndi ərazisində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün kənd ərazisindən keçən Girdəniçay sahilinə gəlib.
Qamışlıq hissəsindən çayın əks tərəfinə keçmək istəyəndə ehtiyatsızlıq edib. Əlindəki balıq ovu üçün istifadə etdiyi qırmaq yüksək gərginlikli hava xəttinə toxunub.
Nəticədə cərəyanvurması səbəbindən yerindəcə ölüb. Qeyd edək ki, həmin ərazidə bu birinci hal deyil. Yüksək gərginlikli xətlərin aşağıdan keçməsi bu cür hallara səbəb olur.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin