İdxalı ƏDV-dən azad edilən malların sayı artırıldı
7 Aprel 2025
17:59 - 7 Aprel 2025
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.
Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin