Bakıda marşrut avtobusu qəza törədib.
Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Suraxanı qəsəbəsində qeydə alınıb.
197 saylı marşrut avtobusu yoldan çıxaraq hasara çırpılıb.
Nəticədə hasar uçub, nəqliyyat vasitəsinə ziyan dəyib. Xəsarət alan şəxsin olub-olmaması barədə məlumat verilməyib.
Hadisə anının görüntülərini təqdim edirik: