Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA

17:12 - 7 Aprel 2025

Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA

Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Manset.az-a bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

"Tərəflər verdikləri izahatda bunun anlaşmazlıq olduğunu bildiriblər", - Lumu İsrəfilli qeyd edib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin