Küləklə bağlı SARI XƏBƏRDARLIQ

16:59 - 7 Aprel 2025

Küləklə bağlı SARI XƏBƏRDARLIQ

Aprelin 8-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin