“Omicron”a görə qapanmaya ehtiyac yoxdur” - Bayden

22:33 - 29 Noyabr 2021

“Omicron”a görə qapanmaya ehtiyac yoxdur” - Bayden

ABŞ Prezidenti Co Bayden koronavirusun “omicron” ştamının yayılmasına görə qapanmaya ehtiyac görmədiyini bildirib.

Manşet.az xəbər verir ki, Bayden bu barədə televiziya ilə xalq müraciətində deyib.

"İnsanlar peyvənd olunubsa və maskalar taxıblarsa, qapanmaya ehtiyac yoxdur", - ABŞ Prezidenti bildirib.

“Müəyyən səyahət məhdudiyyətlərinə ehtiyac yayılma səviyyəsindən asılıdır. Mən bunu hazırda gözləmirəm”, - Bayden “omicron” aşkar edilən ölkələrlə nəqliyyat əlaqələrinin dayandırılmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin