Şimali Koreya 6 ildən sonra beynəlxalq marafon keçirdi

13:15 - 7 Aprel 2025

Şimali Koreya 6 ildən sonra beynəlxalq marafon keçirdi

Şimali Koreya 6 illik fasilədən sonra yenidən Pxenyan Beynəlxalq Marafonu keçirib.

 

Manset.az xəbər verir ki, Pandemiya zamanı sərhədlərini böyük ölçüdə bağlayan Şimali Koreya 6 ildən sonra ilk dəfə Pxenyan Beynəlxalq Marafonu təşkil edir.

200-ə yaxın əcnəbi idmançının qatıldığı yarış bazar günü paytaxt küçələrində baş tutub.

Lider Kim İr Senin anadan olmasının xatirəsinə 1981-ci ildən bəri hər aprel ayında keçirilən marafon sonuncu dəfə 2019-cu ildə keçirilib və 950 xarici idmançıya ev sahibliyi edib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin